Dünya

Polşa və Aİ arasında hərbiləşdirmə proqramına dair 43 milyard avroluq müqavilə imzalandı

08 May 2026, 21:52 1 baxış
Polşa və Aİ arasında hərbiləşdirmə proqramına dair 43 milyard avroluq müqavilə imzalandı
SAFE (Avropa İttifaqı Şurasının Hərbiləşdirmə Fondu) hərbiləşdirmə proqramı xətti ilə 43.7 milyard avro dəyərində kredit sazişinə imza atan ilk Avropa İttifaqı (Aİ) dövləti Polşa olub. Oxu.Az-ın məlumatına görə, bu barədə TASS xəbər yayıb. Sənədə Aİ tərəfindən büdcə və müdafiə məsələləri üzrə komissarlar Pyotr Serafinlə Andrius Kubilius, Polşa tərəfindən isə maliyyə naziri Andjey Domanski və milli müdafiə naziri Vladislav Kosiniak-Kamış qol çəkiblər. Qeyd olunur ki, 6.5 milyard avro həcmində olan ilk ödənişin may ayında Varşavaya çatdırılması planlaşdırılır. Xatırladaq ki, 2025-ci il sentyabrın 9-da 150 milyard avroluq hərbi fonda malik Avropa Komissiyası İttifaqı güzəştli kreditlərin verilməsinə başlanıldığını bəyan etmişdi. Bu proqram çərçivəsində 43.7 milyard avro əldə edən Polşa layihənin ən əsas bəhrələnən tərəfinə çevrilib. 2025-ci ilin yaz aylarında Avropa İttifaqı kütləvi hərbiləşdirməyə doğru mühüm tədbirlər həyata keçirib. Belə ki, martda Brüsseldə baş tutan növbədənkənar zirvə toplantısında Aİ-nin 800 milyard avroluq "ReArm" yenidən silahlanma strategiyası qəbul edilib. Bunun ardınca Aİ Şurası 2030-cu ilədək nəzərdə tutulan uzunmüddətli hərbi quruculuq proqramı daxilində SAFE-nin təsis olunmasına razılıq verib. Həmçinin, 2025-ci ilin iyununda Haaqada təşkil edilən NATO sammitində Avropanın müdafiə xərclərinin 2034-cü ilə qədər Ümumi Daxili Məhsulun (ÜDM) 5 faizinə çatdırılması barədə qərar təsdiqlənib.
Mənbə oxu.az

Oxşar Xəbərlər