Siyasət

Şəkidə "Ümummilli lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib - FOTO

08 May 2026, 19:40 1 baxış
Şəkidə "Ümummilli lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib - FOTO
Mayın 10-da müasir Azərbaycan dövlətinin qurucusu, mədəniyyətimizin böyük himayədarı, ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü tamam olur. Oxu.Az xəbər verir ki, bu münasibətlə mayın 8-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şəki şəhərinin Heydər Əliyev Mərkəzində "Ümummilli lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib. Tədbirdən əvvəl mədəniyyət naziri Adil Kərimli, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və tanınmış mədəniyyət xadimləri ümummilli liderin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Mədəniyyət naziri Adil Kərimli açılış nitqində bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycan mədəniyyətini öz dövlətçilik fəlsəfəsinin mərkəzində saxlayıb: "Ulu öndər yaxşı bilirdi ki, milli dəyərlərin daşıyıcıları məhz ziyalılar və sənət adamlarıdır. Heydər Əliyev daim ədəbiyyat və incəsənət aləmi ilə sıx təmasda olur, mədəni tədbirlərdə şəxsən iştirak edirdi". Nazir vurğulayıb ki, ulu öndərin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda icra olunan "Azərbaycan Mədəniyyəti - 2040" Konsepsiyası məhz Heydər Əliyevin ideoloji xəttinin davamıdır. Həmçinin Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva tərəfindən mədəni-mənəvi irsimizin qorunması istiqamətində tarixi missiya həyata keçirilir. Tədbir çərçivəsində dahi siyasətçinin həyat və fəaliyyətinə həsr olunan videoçarxlar nümayiş etdirilib, görkəmli elm və mədəniyyət xadimlərinin çıxışları dinlənilib. Sonda Heydər Əliyev mərkəzlərinin bir qrup əməkdaşı təltif olunub və ümummilli liderin sevdiyi mahnılardan ibarət konsert proqramı təqdim edilib.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər