İdman

"Fənərbağça" "Milan"ın ulduzunu transfer etməyə hazırlaşır - FOTO

08 May 2026, 17:44 1 baxış
"Fənərbağça" "Milan"ın ulduzunu transfer etməyə hazırlaşır - FOTO
"Fənərbağça" "Milan"ın satışa çıxardığı Rafael Leanı transfer etmək istəyir. Oxu.Az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, İtaliya klubu portuqaliyalı vingerin satışından 50-60 milyon avro gəlir əldə etməyi planlaşdırır. İstanbul nəhəngi 26 yaşlı futbolçu üçün bu məbləği ödəməyə hazırdır. "Fənərbağça" yaxın vaxtlarda A Seriyası təmsilçisi ilə danışıqlara başlamağı planlaşdırır. Qeyd edək ki, Rafael Lean bu mövsüm "Milan"ın heyətində keçirdiyi 29 oyunda 10 qol vurub, 3 qol ötürməsi edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər