İdman

"Qalatasaray"ın aparıcı oyunçusu sıradan çıxdı: Mövsümlə erkən vidalaşdı

08 May 2026, 16:40 1 baxış
"Qalatasaray"ın aparıcı oyunçusu sıradan çıxdı: Mövsümlə erkən vidalaşdı
Türkiyənin "Qalatasaray" klubunun yarımmüdafiəçisi Qabriel Sara üçün cari mövsüm gözləniləndən tez yekunlaşıb. Oxu.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, Braziliya yığmasının şərəfini qoruyan futbolçunun sol ayağında zədə qeydə alınıb. Buna görə də 26 yaşlı oyunçu Türkiyə Superliqası çərçivəsində baş tutacaq qarşıdakı iki görüşdə komandasına kömək edə bilməyəcək. Xatırladaq ki, Qabriel Sara bu mövsüm ərzində "Qalatasaray" forması ilə bütün turnirlərdə ümumilikdə 42 matçda iştirak edərək rəqib qapılarından 6 top keçirib və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər