Dünya

Slovakiyanın baş naziri Putinə Ukrayna liderinin mesajını çatdıracaq

08 May 2026, 14:20 1 baxış
Slovakiyanın baş naziri Putinə Ukrayna liderinin mesajını çatdıracaq
Slovakiya hökumətinin rəhbəri Robert Fitso Moskva səfəri çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenskinin ismarıcını Rusiya rəhbərliyinə ötürə bilər. Oxu.Az məlumat verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinə istinadla Slovakiyanın "Pravda" nəşri xəbər yayıb. Baş nazir 9 May Qələbə Gününə həsr olunmuş tədbirlərdə iştirak etmək məqsədilə Moskvaya yola düşəcək. Bu arada Rusiya liderinin köməkçisi Yuri Uşakov mayın 7-də qeyd edib ki, Ukrayna tərəfindən olan danışıqlar qrupu razılaşma əldə etmək üçün hansı addımların atılmalı olduğunu anlayır, ancaq yekun qərar Kiyevin siyasi rəhbərliyinin iradəsindən asılıdır. "Slovakiya Xarici İşlər Nazirliyinin dövlət katibi Rastislav Çovaneç vurğulayıb ki, hökumət başçısı Ukrayna liderinin ismarıcını Rusiya rəhbərliyinə təqdim edəcək", - deyə qəzetin məlumatında bildirilir. Diplomatın sözlərinə görə, Slovakiya baş nazirinin eyni zamanda Rusiya dövlət başçısı Vladimir Putindən mövcud münaqişənin nizamlanması yolları barədə rəsmi Moskvanın baxışı ilə bağlı önəmli məlumatlar əldə etməsi ehtimal olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər