İdman
"Formula-1" üzrə Azərbaycan Qran-prisinin könüllü proqramına rekord sayda müraciət daxil olub
Bu il keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisi üçün könüllü proqramına qeydiyyat mərhələsi rekord göstərici ilə yekunlaşıb. Bu barədə Oxu.Az-a Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən məlumat verilib. Bildirilib ki, 72 saat ərzində 49 000 müraciətin daxil olması Azərbaycan Qran-prisi tarixində qeydə alınmış ən yüksək nəticə olub. Bu rəqəm 2024-cü ildə 16 000, ötən il isə 31 000 təşkil etmişdi. Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.
Mənbə
oxu.az