Cəmiyyət

Xanlar Vəliyevin qardaşı vəzifədən azad edildi - Foto

08 May 2026, 14:29 1 baxış
Xanlar Vəliyevin qardaşı vəzifədən azad edildi - Foto

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus "19 №-li Yol İstismarı” MMC-nin direktoru Şahlar Vəliyev vəzifəsindən azad olunub.


Axar.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb.


Məlumata görə, "19 №-li Yol İstismarı” MMC-yə rəhbərlik İntiqam Həsənova həvalə olunub.


Ş.Vəliyev açıqlamasında təqaüd yaşına çatdığına görə vəzifəsindən azad edildiyini bildirib.


Xatırladaq ki, Şahlar Rüstəm oğlu Vəliyev 1958-ci ildə Yevlax şəhərində anadan olub. O, 2018-ci ilin mart ayından "19 №-li Yol İstismarı” MMC-yə rəhbərlik edirdi, daha əvvəl 2011-2018-ci illərdə isə Yevlax Telekommunikasiya İdarəsinin rəisi vəzifəsində çalışıb.


Qeyd edək ki, Ş.Vəliyev Azərbaycanın sabiq hərbi prokuroru, ədliyyə general-leytenantı, Konstitusiya Məhkəməsinin hakimi Xanlar Vəliyevin qardaşıdır.

Xanlar Vəliyevin qardaşı vəzifədən azad edildi - Foto
Mənbə axar.az

Oxşar Xəbərlər