Dünya
Meksikada yarmarkada dəhşətli yanğın: Ölənlər var - VİDEO
Meksikanın Vilyaermosa şəhərində (Tabasko ştatı) yarmarkada baş verən yanğın nəticəsində azı beş nəfər ölüb. Oxu.Az xəbər verir ki, bu barədə regionun qubernatoru Xavyer Mey sosial şəbəkə hesabında açıqlama yayıb.
"El Financiero" nəşrinin məlumatına görə, alov sürətlə yayılaraq ticarət mərkəzindəki təxminən 200 pərakəndə satış məntəqəsini külə döndərib. Müvafiq qurumlar insanları təcili təxliyə ediblər. Yanğın söndürülüb, hazırda hadisənin səbəbləri araşdırılır.

Mənbə
oxu.az