Cəmiyyət
"CBC FM" beş yaşında!
Qarabağ və Şərqi Zəngəzurun ilk regional radio kanalı - "CBC FM" bu gün beş yaşını qeyd edir. 2021-ci il mayın 8-də Azərbaycanın mədəni paytaxtında "Diqqət! Danışır Şuşa!" sədaları eşidilmişdi. Oxu.Az xəbər verir ki, "CBC FM" Azərbaycan, rus və erməni dillərində yayımlanır. Bu müddət ərzində yerli və xarici aparıcı ekspertlərlə yüzlərlə müsahibə, minlərlə saat canlı yayım dinləyicilərə təqdim olunub. "CBC FM"in efiri təkcə siyasət və iqtisadiyyat xəbərləri ilə məhdudlaşmır. 102.7 FM dalğasında müxtəlif məzmunlu, o cümlədən şəhidlərimiz və qazilərimiz haqqında, tariximiz, mədəni irsimiz, ədəbiyyatımız, tibb sahəsində əldə olunan nailiyyətlərlə bağlı verilişləri də dinləyicilərə təqdim olunur. "CBC FM" obyektivlik və peşəkarlıq prinsiplərinə sadiq qalaraq işini davam edir. Bundan sonra da 102.7 FM dinləyicilərini yeni layihələr, maraqlı verilişlər və dəqiq xəbərlər gözləyir!
Mənbə
oxu.az