Dünya
İndoneziyada vulkan püskürməsi nəticəsində iki alpinist öldü - VİDEO
İndoneziyada Dukono vulkanının püskürməsi nəticəsində iki əcnəbi turist həlak olub. Oxu.Az "Detik" portalına istinadən xəbər verir ki, ölənlər Çin və Sinqapurdan olan alpinistlərdir. Qeyd olunur ki, vulkan püskürməsi zonasında təxminən 20 nəfər qalıb. Xilasetmə qüvvələri fəlakət bölgəsində əməliyyat həyata keçirirlər. İndoneziya hökuməti Halmahera adasında Dukono vulkanının püskürməsindən sonra itkin düşmüş 20 turistin axtarış-xilasetmə əməliyyatını həyata keçirir. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, vulkan püskürməsi zonasında olan turistlər arasında doqquz Sinqapur vətəndaşı var, qalanları isə indoneziyalılardır. Yerli hakimiyyət orqanları region sakinlərini və turistləri bir daha vulkanın kraterinə 4 kilometr radiusda yaxınlaşmamağa çağırıb. Bundan əlavə, mütəxəssislər yağış yağdığı halda vulkanik sel axınlarının baş vermə təhlükəsi barədə də xəbərdarlıq ediblər.

Mənbə
oxu.az