Cəmiyyət

Birlik sədri: "Hotellərdə müəyyən mənada insan alveri üçün dəhlizlər var" - FOTO

08 May 2026, 11:32 1 baxış
Birlik sədri: "Hotellərdə müəyyən mənada insan alveri üçün dəhlizlər var" - FOTO
"Bizdə fahişəliklə məşğul olmaq deyil, fahişəliyə cəlbetmə qadağan olunur". Oxu.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı "Polisə Dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev deyib.
O bildirib ki, hotellərdə müəyyən mənada insan alveri üçün dəhlizlər var: "Azərbaycan qanunvericiliyində insan alveri ilə bağlı müxtəlif müddəalar mövcuddur, amma bu cinayəti yaradan digər amillərə də diqqət yetirilməlidir. Bəzi hallarda hotellər insan alveri məqsədilə istifadə olunur. Sonradan qurbanların şantaj yolu ilə istismara məruz qalması halları məlum olur. Qadının şəxsi həyatı ilə bağlı görüntülər çəkilir, sonradan məcbur edilir ki, o, yenidən həmin əməlini təkrarlasın".
Mənbə oxu.az

Oxşar Xəbərlər