Cəmiyyət
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
"Mərkəzi Nəbatat Bağı"nın İdarə Heyətinin sədrinə yeni müavin təyin olunub. Oxu.Az Manset.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə Gülşən Vəliyeva "Mərkəzi Nəbatat Bağı"nın İdarə Heyətinin sədrinin müavini təyin edilib. Qeyd edək ki, Gülşən Vəliyeva Azərbaycanın sabiq hərbi prokuroru, ədliyyə general-leytenantı, hazırda isə Konstitusiya Məhkəməsinin hakimi olan Xanlar Vəliyevin qızıdır.
Mənbə
oxu.az