İdman

Kriştianu Ronaldu tarix yazmaqda davam edir

08 May 2026, 10:08 1 baxış
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
"Ən-Nəsr"in hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatının 33-cü turu çərçivəsində "Əş-Şəbab"a qarşı keçirilən və 4:2 hesabı ilə yekunlaşan matçda növbəti dəfə fərqlənib. O, görüşün 75-ci dəqiqəsində Sadio Manenin məhsuldar ötürməsini qola çevirərək komandasının qələbəsinə öz töhfəsini verib. Oxu.Az xəbər verir ki, bu, 41 yaşlı portuqaliyalı futbolçunun Səudiyyə Ərəbistanı çempionatında vurduğu 100-cü qol kimi qeydə alınıb. Bu göstəriciyə nail olmaq üçün ona cəmi 105 oyun lazım gəlib. Pro-Liqanın cari mövsümündə yüksək məhsuldarlıq nümayiş etdirən oyunçu, meydana çıxdığı 28 qarşılaşmada 26 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Qeyd edək ki, "Əş-Şəbab"ın qapısından keçirilən bu top Ronaldunun bütün karyerası ərzində vurduğu 971-ci qol olub. Belə ki, o, klub səviyyəsində keçirdiyi 1088 matçda 828 dəfə, Portuqaliya milli komandasının heyətində oynadığı 226 görüşdə isə 143 dəfə rəqib qapılarına yol tapıb. Karyerasında 1000-ci qol həddinə çatmaq üçün idmançının cəmi 29 dəfə fərqlənməsi kifayətdir.
Mənbə oxu.az

Oxşar Xəbərlər