Dünya

BƏƏ sahillərində Çinin neft tankerinə hücum edildi

08 May 2026, 10:16 1 baxış
BƏƏ sahillərində Çinin neft tankerinə hücum edildi
BƏƏ sahillərində Marşal adaları bayrağı altında üzən Çin gəmisinə hücum edilib. Nəticədə tankerə ziyan dəyib. Oxu.Az bildirir ki, bu barədə "Reuters" dəniz təhlükəsizliyi xidmətindəki mənbələrə istinadən xəbər verib. BƏƏ-nin Mina Sakr limanı yaxınlığında üzən Çinin neft məhsulları və kimyəvi maddələrin daşınması üçün olan "JV Innovation" gəmisinin göyərtəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Hələlik dəyən zərərin miqyası açıqlanmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər