Cəmiyyət
Bakıda hərəkətin intensiv olduğu yol kəsişməsində işıqforda gözləmə vaxtı iki dəfə azaldılır - VİDEO
Bakıda Əbdüləzəl Dəmirçizadə küçəsi ilə Xətai prospektinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik ediləcək. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, nəticədə kəsişmədə gözləmə vaxtı 80 saniyə deyil, 40 saniyə olacaq, buraxıcılıq qabiliyyəti artırılacaq, piyada əlçatanlığı və mikromobillik şəbəkəsi artırılacaq, əraziyə yaxın küçələrdə sıxlıq azalacaq.
Mənbə
oxu.az