Siyasət
Keçmiş məcburi köçkün: "Xocavəndə qayıtdığım üçün çox həyəcanlıyam"
"Beş yaşımda Xocavəndi ailəmlə birlikdə tərk etmək məcburiyyətində qalmışam. İndi 37 yaşımda yenidən doğma yurdumuza qayıdıram". Bu sözləri Oxu.Az-a açıqlamasında Xocavənd sakini, keçmiş məcburi köçkün Anar Tahirov deyib. "Uşaqlığımı doğma torpağımda doyunca yaşaya bilməmişəm. Yenidən oraya qayıtdığım üçün çox həyəcanlıyam. Xocavəndi görmək, orada yaşamaq, bundan sonrakı həyatımı dədə-baba yurduma həsr etmək istəyirəm. Buna görə Prezidentimizə təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin", - keçmiş məcburi köçkün əlavə edib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər