İdman

Misli Premyer Liqası: Çempion "Kəpəz"ə qarşı

08 May 2026, 08:00 1 baxış
Misli Premyer Liqası: Çempion "Kəpəz"ə qarşı
Misli Premyer Liqasında XXXI tura start verilir. Oxu.Az xəbər verir ki, ilk oyun günü iki qarşılaşma keçiriləcək. Günün ilk matçında "İmişli" "Zirə"ni qəbul edəcək. Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq görüşün start fiti 16:30-da səslənəcək. Matçın baş hakimi Kamranbəy Rəhimov olacaq. Hazırda "İmişli" 32 xalla turnir cədvəlinin 9-cu, "Zirə" isə 49 xalla 5-ci pilləsində qərarlaşıb. Günün ikinci matçında isə "Sabah" və "Kəpəz" komandaları üz-üzə gələcək. "Bank Respublika Arena"da keçiriləcək görüş saat 19:30-da başlayacaq. Qeyd edək ki, "Sabah" 75 xalla çempionatın lideri, "Kəpəz" isə 24 xalla sonuncu - 10-cu pillədədir. 8 may 16:30, "İmişli"- "Zirə" Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Mirnihat Seyidov, Emin Əliyev VAR: Rauf Cabarov AVAR: Cəmil Quliyev Hakim-inspektor: Orxan Məmmədov AFFA nümayəndəsi: Nəriman Axundov Məkan: Quba OİK stadionu. 19:30, "Sabah" - "Kəpəz" Hakimlər: Elvin Bayramov, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev VAR: Fərid Hacıyev AVAR: Teymur Teymurov Hakim-inspektor: Rəhim Həsənov AFFA nümayəndəsi: Kifayət Mustafayeva Məkan: "Bank Respublika Arena".
Mənbə oxu.az

Oxşar Xəbərlər