Dünya

Avstraliyada bir anlıq diqqətsizlik faciə yaratdı: Körpə nəfəs ala bilmir

08 May 2026, 06:34 1 baxış
Avstraliyada bir anlıq diqqətsizlik faciə yaratdı: Körpə nəfəs ala bilmir
Avstraliyada 14 aylıq körpə tort bəzəyi üçün nəzərdə tutulan parıltılı maddəni təsadüfən udduğu üçün komaya düşüb. Oxu.Az "News" nəşrinə istinadən xəbər verir ki, bədbəxt hadisə peşəkar şirniyyatçı olan ananın rəfiqəsinin övladına ad günü tortu hazırladığı anlarda baş verib. Ananın sözlərinə görə, uşaq siyirməni açıb, bankanın qapağını götürərək içindəki maddəni dərhal udub. Bildirilir ki, körpənin udduğu bu maddə yalnız dekorativ elementlər üçün nəzərdə tutulub. Sözügedən maddə su (və ya tüpürcək) ilə təmasda olduqda ağciyərləri dərhal tutan yapışqan pastaya çevrilir. Azyaşlı təcili əməliyyat olunsa da, hələ də müstəqil şəkildə nəfəs ala bilmir.
Mənbə oxu.az

Oxşar Xəbərlər