Siyasət

Ağdam sakini: "Məcburi köçkün düşəndə çox əziyyətlər çəkmişik"

08 May 2026, 06:46 1 baxış
Ağdam sakini: "Məcburi köçkün düşəndə çox əziyyətlər çəkmişik"
"Biz torpağımızı tərk edib Bakıya çox çətinliklə gəlmişik. Məcburi köçkün düşəndə çox əziyyətlər çəkmişik. İki övladımla gəlmişəm. İndi o balaca uşaqlar böyüyüb, ailə-uşaq sahibidirlər və birlikdə dədə-baba yurdumuza qayıdırq". Bu sözləri Oxu.Az-a açıqlamasında keçmiş məcburi köçkün, Ağdam sakini Şövkət Xəlilova deyib. "Bundan sonra nə ömrüm varsa, onu doğma torpağımızda doya-doya yaşamaq istəyirik, çünki çox həsrət çəkmişik. Bizə bu sevinci yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Dövlətimiz, prezidentimiz sağ olsun ki, bizə bu sevinci yaşatdı", - keçmiş məcburi köçkün vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər