Dünya

Braziliyada uğursuz saç kəsiminə görə qadın bərbəri bıçaqladı - FOTO

08 May 2026, 03:34 1 baxış
Braziliyada uğursuz saç kəsiminə görə qadın bərbəri bıçaqladı - FOTO
Braziliyada bir qadın uğursuz saç kəsiminə görə bərbərin kürəyinə bıçaqla zərbə endirib. "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, hadisə San-Paulu şəhərində baş verib. Bildirilib ki, qadının qəzəbinə bir neçə həftə əvvəl ona edilən uğursuz saç düzümü səbəb olub. Təhlükəsizlik kameraları hücumçunun stilistə yaxınlaşaraq çantasından bıçaq çıxardığını və kişinin kürək nahiyəsinə zərbə endirdiyini qeydə alıb. Hadisədən dərhal sonra iki mühafizəçi qadını saxlamağa çalışıb, şok vəziyyətində olan usta isə çıxışa doğru qaçıb. Gözəllik salonu işçilərinin sözlərinə görə, prosedurdan dərhal sonra müştəri məmnun görünürmüş, lakin sonradan şikayət etməyə və ödənişin qaytarılmasını tələb etməyə başlayıb. O, həmçinin stilisti yandırmaqla hədələyərək təhdidlər ünvanlayıbmış.
{{gallery}}
Mənbə oxu.az