İdman
UEFA Konfrans Liqası: "Şaxtyor" və "Strasburq" turnirlə vidalaşdılar - VİDEO
Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Oxu.Az xəbər verir ki, baş tutan iki matçdan sonra finalçılar bəlli olub. "Strasburq" "Rayo Valekano"nu qəbul edib. Görüş qonaqların minimalhesablı qələbəsi ilə yekunlaşıb - 0:1, ilk oyun "Rayo Valekano"nun eyni hesablı qələbəsi ilə başa çatdığından klub iki oyunun nəticəsinə görə filana vəsiqə qazanıb. Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor" səfərdə "Kristal Pelas"la üz-üzə gəlib. 3 qolun vurulduğu matçda sevinən tərəf ev sahibləri olub - 2:1. İlk matçda səfərdə 1:3 hesabı ilə qalib gələn ingilislər iki oyunun nəticəsinə görə filana çıxıblar.
Mənbə
oxu.az