İdman

UEFA Avropa Liqası: Finalçılar bəlli oldu - VİDEO

08 May 2026, 01:06 1 baxış
UEFA Avropa Liqası: Finalçılar bəlli oldu - VİDEO
Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Oxu.Az xəbər verir ki, hər iki matç Bakı vaxtı ilə 23:00-da başlayıb. "Aston Villa" "Nottingem Forest"lə qarşılaşıb. İlk görüşdə minimal hesabla məğlub olan ev sahibləri bu dəfə azarkeşlərini sevindirməyi bacarıb. Unay Emerinin kollektivi rəqibini 4 cavabsız qolla darmadağın edib və adını finala yazdırıb.
"Frayburq" isə "Braqa"nı üstələməyi bacarıb - 3:1. Komanda ilk oyunda səfərdə 2:1 hesabı ilə məğlub olsa da, iki oyunun nəticəsinə görə sevinən tərəf olub.
UEFA Avropa Liqası: Finalçılar bəlli oldu - VİDEO UEFA Avropa Liqası: Finalçılar bəlli oldu - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər