Dünya
"The Washington Post": İranda raket arsenalının 70%-i məhv edilməyib
ABŞ-nin həyata keçirdiyi raket və bomba hücumlarından sonra İran müharibədən əvvəl malik olduğu ballistik raket ehtiyatının təxminən 70 faizini qoruyub saxlaya bilib. Bu nəticəyə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gəlib. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "The Washington Post" qəzeti yayıb. Nəşrə məlumatı ABŞ administrasiyası üçün hazırlanmış kəşfiyyat hesabatının detalları ilə tanış olan üç fərqli mənbə təsdiqləyib. Məqalədə kəşfiyyat məlumatları ilə tanış olan ABŞ rəsmilərindən birinin sözlərinə də yer verilib: "İran müharibədən əvvəlki mobil buraxılış qurğularının 75 faizinə qədərini, raket arsenalının isə təxminən 70 faizini qoruyub saxlaya bilib". Bununla yanaşı, kəşfiyyat ekspertləri hesab edirlər ki, Tehran bombardmanlar nəticəsində dağıntılar altında qalan yeraltı anbarlara yenidən çıxış əldə edib, zədələnmiş bəzi raketləri bərpa edib və eyni zamanda yenilərinin istehsalını davam etdirib. "The Washington Post"un yazdığına görə, hərbi əməliyyatlar başlamazdan əvvəl İranın arsenalında təxminən 2,5 min ballistik raket və bir neçə min kamikadze dron ola bilərdi.
Mənbə
oxu.az