İdman
"Sabah"dan "transfer bombası": PSV-nin sabiq müdafiəçisi Bakıya gələ bilər
"Sabah" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır. Paytaxt təmsilçisi mərkəz müdafiəçisi Derrik Lukassenin transferi üçün danışıqlara başlayıb. Oxu.Az xəbər verir ki, karyerası ərzində PSV (Niderland) və "Anderlext" (Belçika) kimi tanınmış klublarda çıxış etmiş qanalı futbolçu hazırda Kiprin "Pafos" klubunun formasını geyinir. Qeyd edək ki, təcrübəli müdafiəçinin hazırkı bazar dəyəri bir milyon avro olaraq qiymətləndirilir.
Mənbə
oxu.az