Dünya
Tehran yaxınlığında partlayış səsləri: Səbəbi açıqlandı - VİDEO
İran İslam Respublikasının ordusu tərəfindən həyata keçirilən hava hücumundan müdafiə (HHM) sistemlərinin sınaqları Tehran ətrafında eşidilən atəş və partlayış səslərinə səbəb olub. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı İranın dövlət televiziyası yayıb.
Verilən məlumata əsasən, Tehranın qərb hissəsində qeydə alınan partlayış və atışma səsləri ordunun HHM sistemlərini sınaqdan keçirməsi ilə əlaqədardır. İran dövlət televiziyası vurğulayıb ki, qeyd olunan ərazidə təhlükəsizliklə bağlı hər hansı bir insidentin baş verməsi barədə məlumat daxil olmayıb.

Mənbə
oxu.az