Dünya
Tramp Avropa İttifaqına ticarət sazişi ilə bağlı xəbərdarlıq edib
ABŞ Prezidenti Donald Tramp Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə telefon danışığı apardığını açıqlayıb. Söhbət zamanı Vaşinqton və Brüssel arasında imzalanmış ticarət sazişinin icra müddəti diqqət mərkəzində olub. Oxu.Az xəbər verir ki, ABŞ lideri bu barədə şəxsi "Truth Social" hesabında paylaşım edib. "Mən ölkəmizin müstəqilliyinin 250-ci ildönümünə qədər möhlət verməyə razı oldum. Əks təqdirdə, təəssüf ki, onların tarifləri dərhal daha yüksək həddə çatacaq", - deyə paylaşımda qeyd olunub. Birləşmiş Ştatlar rəhbərinin sözlərinə görə, sazişin tələblərinə uyğun olaraq, Avropa İttifaqı (Aİ) ABŞ-yə tətbiq edilən rüsumları tamamilə ləğv etməlidir.
Almaniya kansleri Fridrix Merts isə mayın 3-də bəyan edib ki, ABŞ-nin tətbiq edəcəyi yeni vergilər Avropa üçün ağır nəticələrə səbəb ola bilər. Siyasətçi əlavə edib ki, tərəflər rüsumlarla bağlı fikir ayrılığına malik olsalar da, mövcud problemləri aradan qaldırmağa çalışmalıdırlar. "Reuters" agentliyinin mayın 2-də yaydığı məlumata görə, Donald Trampın tarifləri artırması Almaniya iqtisadiyyatı üçün 15 milyard avroya yaxın itkiyə səbəb ola bilər. Tədqiqat institutunun təhlillərinə əsasən, bu vəziyyət Aİ-nin ən güclü iqtisadiyyatının ABŞ-nin idxal vergiləri qarşısında zəifliyini göstərir. Həmin rüsumlar Almaniyanın avtomobil istehsalı sektoruna indiyədək milyardlarla dollar zərər vurub. Xatırladaq ki, mayın 1-də Donald Tramp Avropa İttifaqının Vaşinqtonla imzalanmış ticarət müqaviləsinin tələblərini pozduğunu əsas gətirərək, növbəti həftədən etibarən Aİ-dən idxal olunan minik və yük avtomobilləri üçün rüsumların 25 faiz artırılacağını bəyan etmişdi.

Mənbə
oxu.az