Dünya

Körfəzdə müharibə anonsu? - İran ABŞ hərbi qüvvələrinə raket zərbələri endirdi

08 May 2026, 00:56 1 baxış
Körfəzdə müharibə anonsu? - İran ABŞ hərbi qüvvələrinə raket zərbələri endirdi
İran neft tankerinə edilən hücumdan sonra Hörmüz boğazında yerləşən Amerika Birləşmiş Ştatlarının (ABŞ) hərbi qüvvələrinə raket zərbələri endirib. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı İran hərbçilərinə istinadən yerli dövlət teleradio şirkəti yayıb. "ABŞ silahlı qüvvələrinin İran tankerinə təcavüzündən dərhal sonra düşmən birləşmələri raket hücumuna məruz qalıb. Nəticədə qarşı tərəf itki verərək geri çəkilmək məcburiyyətində qalıb" , - rəsmi açıqlamada bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər