İdman

Ronaldo 100-cü qolunu vurdu və adını tarixə yazdırdı

08 May 2026, 00:35 1 baxış
Ronaldo 100-cü qolunu vurdu və adını tarixə yazdırdı

Səudiyyə Ərəbistanı Futbol Liqasının 33-cü turunda “Əl-Nəsr” səfərdə “Əl-Şəbab”ı 4-2 hesabı ilə məğlub edib.


Axar.az xəbər verir ki, qonaq komandanın qollarına Joao Feliks (3-cü, 10-cu və 90+8-ci dəqiqələr) və Kristiano Ronaldo (75) imza atıb. Meydan sahiblərindən isə Yannik Karrasko (30) və Əli Əl-Bulayhi (80) adını tabloya yazdırmağı bacarıb.


Bildirilib ki, bu, Ronaldonun Səudiyyə Ərəbistanı Liqasında 100-cü qolu olub.


“Əl-Nəsr”ə 2022-ci ilin dekabrında qoşulan portuqaliyalı hücumçu peşəkar karyerasının 971-ci qolunu vuraraq futbolda bütün zamanların ən çox qol vuran oyunçusu olub.


Ronaldo oynadığı bütün liqalarda 100 qol həddini keçib.

Mənbə axar.az

Oxşar Xəbərlər