Cəmiyyət

Azərbaycan və Ukrayna arasında memorandum imzalandı

07 May 2026, 21:11 1 baxış
Azərbaycan və Ukrayna arasında memorandum imzalandı

Azərbaycan və Ukrayna beynəlxalq avtomobil daşımalarında elektron icazə sisteminin (e-Permit) tətbiqinə dair Anlaşma Memorandumu imzalayıb.


Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev X hesabında paylaşım edib.


"Leypsiq şəhərində Ukrayna Baş nazirinin müavini, icma və ərazilərin inkişafı naziri Oleksiy (Aleksey) Kuleba ilə görüş keçirdik.


Görüşdə Azərbaycan və Ukrayna arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə beynəlxalq avtomobil daşımalarında tranzit imkanlarının artırılması və rəqəmsal həllərin tətbiqi məsələlərini müzakirə etdik.


Beynəlxalq avtomobil daşımalarında elektron icazə sisteminin (e-Permit) tətbiqinə dair Anlaşma Memorandumu imzaladıq. Bu təşəbbüs sərhəd keçidlərinin sadələşdirilməsinə, daşımaların rəqəmsallaşdırılmasına və daşıyıcılar üçün daha çevik və effektiv əməliyyat mühitinin yaradılmasına şərait yaradacaq", - paylaşımda qeyd edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər