İdman
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. Oxu.Az xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan təmsilçilərinin ilk rəqibləri bəlli olub. Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 7 çəki dərəcəsində 11 cüdoçu ilə (6 kişi, 5 qadın) təmsil olunacaq. Turnirdə 36 ölkədən 295 idmançı mübarizə aparacaq. Mayın 8-dən 10-dək keçiriləcək Astana "Böyük Dəbilqə"sində ilk yarış günü təsnifat mərhələsi saat 10:00-da, final bloku isə saat 16:00-da start götürəcək. Azərbaycan cüdoçularının rəqiblərini təqdim edirik: Kişilər 66 kq, 1/16 final Rəşad Yelkiyev - Hyonu An (Koreya) Turan Bayramov - Matteo Piras (İtaliya) 73 kq, 1/8 final Rəşid Məmmədəliyev - Yersultan Duysenxan (Qazaxıstan) / Arun Kumar (Hindistan) cütünün qalibi ilə 90 kq, 1/16 final Aslan Kotsoyev - Aybol Nissanali (Qazaxıstan) +100 kq, 1/8 final Camal Feyziyev - Yakub Sordil (Polşa) Uşanqi Kokauri - Jantilek Nurtilepuli (Qazaxıstan) Qadınlar 48 kq, 1/16 final Şəfəq Həmidova - Aytana Dias Hernandes (İspaniya) 48 kq, 1/8 final Könül Əliyeva - Sevinç Murodova (Özbəkistan) / Kristina Dudina (Rusiya) cütünün qalibi ilə 52 kq, 1/16 final Leyla Əliyeva - Taniştha Tokas (Hindistan) 52 kq, 1/8 final Gültac Məmmədəliyeva - Şraddha Kadubal Çopade (Hindistan) 70 kq, 1/8 final Südabə Ağayeva - Miriam Butkereyt (Almaniya).
Mənbə
oxu.az