İdman

Ulduz futbolçu xəstəxanaya yerləşdirildi: "Real Madrid"in məşqində nələr yaşanıb? - TƏFƏRRÜAT

07 May 2026, 17:58 1 baxış
Ulduz futbolçu xəstəxanaya yerləşdirildi: "Real Madrid"in məşqində nələr yaşanıb? - TƏFƏRRÜAT
"Real Madrid"in paltardəyişmə otağında böhran getdikcə daha da dərinləşir. Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, ötən gün komandanın məşqi zamanı baş vermiş mübahisənin təfərrüatı bəlli olub. Bildirilib ki, yaranmış mübahisə sonradan Federiko Valverde ilə Orelyen Çuameni arasında yumruq davasına çevrilib. İki ulduz futbolçu arasında baş tutan şiddətli davanın ardından Valverdenin xəstəxanaya yerləşdirildiyi, məşqin isə dərhal dayandırıldığı vurğulanıb. Baş verən hadisədən sonra "Real Madrid" rəhbərliyinin təcili iclas çağırdığı və İspaniya nəhənginin paltardəyişmə otağında gərginliyin ən yüksək həddə çatdığı qeyd olunub. Klubun daxilində qütbləşmənin ciddi şəkildə artdığı və bir çox oyunçunun bir-biri ilə ümumiyyətlə danışmadığı da iddialar arasındadır. Xatırladaq ki, İspaniya La Liqasının 35-ci turu çərçivəsində baş tutacaq matçda "Barselona" və "Real Madrid" komandaları üz-üzə gələcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər