İdman

Freddi Varqasın qolu rekord qırdı: 20 milyondan çox baxış

07 May 2026, 15:16 1 baxış
Freddi Varqasın qolu rekord qırdı: 20 milyondan çox baxış
"Neftçi"nin vingeri Freddi Varqasın Azərbaycan Premyer Liqasının 30-cu turunda "Karvan-Yevlax"a qarşı keçirilən oyunda (0:3) vurduğu qol sosial şəbəkələrdə rekord marağa səbəb olub. Oxu.Az xəbər verir ki, venesuelalı forvardın həmin qolu klubun rəsmi "Instagram" səhifəsində paylaşılıb və video 20 milyondan çox izlənilib. Paylaşım həmçinin 701 mindən çox "bəyənmə" toplayaraq böyük rəğbət qazanıb. Bu göstərici Azərbaycan futbolu tarixində bir klub paylaşımının əldə etdiyi ən yüksək baxış sayı kimi qeydə alınıb. Varqasın sözügedən qoluna olan maraq təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də hiss edilib.
Freddi Varqasın qolu rekord qırdı: 20 milyondan çox baxış
Mənbə oxu.az

Oxşar Xəbərlər