İdman

"Bavariya" qapıçısı ilə bağlı yekun qərarını verdi

07 May 2026, 10:36 1 baxış
"Bavariya" qapıçısı ilə bağlı yekun qərarını verdi
"Bavariya"nın qapıçısı Manuel Noyer daha bir mövsüm klubda qalacaq və tezliklə yeni müqaviləyə imza atacaq. Oxu.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano "X" sosial şəbəkəsində məlumat yayıb. Ötən gün Çempionlar Liqasının yarımfinalında PSJ ilə 1:1 hesabı ilə heç-heçə edən futbol komandası iki oyunun nəticəsinə əsasən 5:6 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb. Almaniyalı qolkiper komandaların qarşıdurmasında qapısına gələn altı zərbədən sonra altı qol buraxıb. O, ilk matçda beş top buraxaraq heç bir seyv etməyib, ikinci oyunda isə bir qol buraxıb və altı dəfə qapısına gələn zərbələrin qarşısını alıb. Mənbənin məlumatına görə, tərəflər arasında danışıqlar artıq başlayıb və yekun mərhələdədir. "Bavariya" rəhbərliyi kluba təklif olunan digər qapıçıların agentlərinə Noyerin daha bir mövsüm komandada qalacağını artıq rəsmən bildirib. Noyerin yenə də komandanın əsas qapıçısı olmağa davam edəcəyi, lakin onun əvəzləyicisi Yonas Urbiqin daha çox oyun vaxtı qazanacağı gözlənilir. Qeyd olunur ki, Noyer Urbiq üçün bir növ məsləhətçi rolunu oynayacaq və klubun məşqçilər korpusuna ondan öz xələfini yetişdirməkdə yaxından kömək edəcək. Diqqətçəkən məqam odur ki, mövcud vəziyyət hər iki qapıçını qane edir. Qeyd edək ki, cari mövsümdə Noyer bütün turnirlər çərçivəsində 36 oyunda meydana çıxıb. O, bu matçlarda qapısında 39 qol görüb və 11 dəfə qapısını toxunulmaz saxlamağı bacarıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər