Cəmiyyət
Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi
Bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.
Axar.az xəbər verir ki, söhbət 2 vaqon alüminium (ilk dəfə) və 9 vaqon taxıldan gedir.
Məhsullar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınıb.
Qeyd edək ki, Azərbaycandan keçməklə Ermənistana alüminium göndərilməsi ilk dəfədir.
Mənbə
axar.az