İdman
Dünya çempionatına 35 gün qaldı: PARAQVAY - "La Albirroja" - VİDEO
Paraqvay millisi ("La Albirroja" - Ağ-qırmızılar) Cənubi Amerika futbolunun ən inadkar, müdafiə mərkəzli və mübariz komandalarından biridir. 2026-cı il dünya çempionatına vəsiqə qazanmaqla paraqvaylılar 16 illik fasiləyə son qoyaraq yenidən dünya elitasına qayıdıblar. "La Albirroja" qlobal turnirdə sonuncu dəfə Cənubi Afrikada DÇ-2010-da çıxış edib. Həmin vaxt David Vilyanın həlledici qolu komandanın dörddəbir finaldakı yürüşünə son qoymuş və gələcək çempion İspaniya onları turnirdən uzaqlaşdırmışdı. Bu dəfə isə onların dünyanın ən yaxşıları ilə rəqabət aparmaq arzusu Şimali Amerika qitəsində reallaşacaq. Oxu.Az Paraqvay futbolunun keçmişinə, bu gününə və 2026-cı il gözləntilərinə nəzər salır.
Qustavo Alfaro 2024-cü ilin avqustunda komandanın sükanı arxasına keçərkən çətin sınaqla üz-üzə qalmışdı. O, gərgin keçən seçmə mərhələdə mümkün 18 xaldan yalnız 5-ni toplaya bilmiş bir kollektivi təhvil almışdı. Təqdimat mərasimində baş məşqçi jurnalistlərə belə demişdi: "Mən istəyirəm ki, Paraqvay heç kimin qarşılaşmaq istəmədiyi, hamıdan çox mübarizə aparan və ruhu heç vaxt sarsılmayan bir komanda olsun". Argentinalı mütəxəssis debüt matçında komandası ilə Montevideodakı "Estadio Centenario" stadionunda uruqvaylılarla gərgin keçən qolsuz heç-heçəyə nail olmuşdu. Daha sonra o, Cənubi Amerika təsnifat mərhələsinin 12 oyununda komandaya rəhbərlik edərək, yalnız bir dəfə - San-Pauluda Braziliyaya qarşı minimal hesabla (1:0) məğlubiyyət yaşamışdı. Baş məşqçi vəsiqə qazandıqları üçün sevincli olsa da, ambisiyalarının daha böyük olduğunu vurğulayaraq, komandasının Şimali Amerikaya sadəcə iştirakçı olmaq üçün yollanmayacağına söz verib. Onların əsas məqsədi mübarizə aparmaq, rəqabətə davamlı olmaq və turnirdə mümkün qədər uzun müddət qalmaqdır. Alfaro zəngin məşqçilik karyerasına malikdir. 1992-ci ildən bəri onlarla kluba rəhbərlik edib, həmçinin Ekvador və Kosta-Rika milli komandalarında da çalışıb. O, bir ildən az müddətdə Paraqvayın taleyini dəyişərək, dünya çempionatına qayıdışla azarkeşlərə bayram sevinci yaşadıb. Paraqvayın ilk dünya çempionatı Paraqvay ilk dünya çempionatında (1930) iştirak etmək üçün dəvət alan seçilmiş komandalardan biri olub. Qrup mərhələsinin ilk oyununda ABŞ-yə 0:3 hesabı ilə uduzsalar da, növbəti matçda Belçikanı 1:0 hesabı ilə məğlub edərək toparlana bilmişdilər. Lakin bu nəticə pley-off mərhələsinə adlamaq üçün kifayət etməmişdi. Paraqvayın sonuncu dünya çempionatı Paraqvayın dünya səhnəsindəki ən son çıxışı eyni zamanda ən yaddaqalanı olmuşdu. Çünki onlar DÇ-2010-da yarımfinala çox yaxın qalmışdılar. İspaniyaya sona qədər müqavimət göstərən heyətdə Vilyar, Oskar Kardozo, Paulo da Silva və Nelson Aedo ilə yanaşı, ardıcıl dördüncü dünya çempionatında iştirak edən təcrübəli Denis Kanisa da yer almışdı.
Paraqvay 2026-cı il dünya çempionatına necə vəsiqə qazanıb? 2026-cı il dünya çempionatının yeni, genişləndirilmiş formatı CONMEBOL zonasından altı ölkənin qlobal turnirə birbaşa vəsiqə qazanmasına zəmanət verir. Qitələrarası pley-off mərhələsində isə daha bir yer uğrunda mübarizə aparılır. Paraqvayın biletini təmin etməsi üçün altıncı pilləni tutması kifayət etmişdi. Bu yolda onlar nəhəng rəqiblərini də məğlub etmişdilər. Xüsusilə, Braziliya üzərində 1:0 və Argentina üzərində 2:1 hesablı qələbələr ən yaddaqalan performanslardan olmuşdu.
DÇ-2026-da Paraqvayın oyun cədvəli (Bakı vaxtı ilə) Paraqvay yığması DÇ-2026-da D qrupunda ABŞ, Türkiyə və Avstraliya millilərinə qarşı mübarizə aparacaq. D qrupu: 13 iyun, 05:00, ABŞ - Paraqvay (Los-Anceles stadionu); 20 iyun, 07:00, Türkiyə - Paraqvay (San-Fransisko stadionu); 26 iyun, 06:00, Paraqvay - Avstraliya (San-Fransisko stadionu).
Paraqvayın ən uğurlu dünya çempionatı Cənubi Afrikada (2010) "La Albirroja" F qrupunda qərarlaşmışdı. İtaliya ilə 1:1 hesablı bərabərlik, Slovakiya üzərində 2:0 hesablı qələbə və Yeni Zelandiya ilə qolsuz sülh komandanın qrup lideri olması üçün kifayət etmişdi. Səkkizdəbir finalda Tşvane/Pretoriyadakı "Loftus Versfeld" stadionu gərgin penaltilər seriyasına səhnə olmuşdu. 120 dəqiqə ərzində hesabın açılmadığı matçda Paraqvay beş penaltinin hamısını dəqiq yerinə yetirmiş, Yaponiya isə bir səhvlə turnirlə vidalaşmışdı. Yohannesburqun "Ellis Park" stadionunda keçirilən dörddəbir finalda Paraqvay turnirin ən həyəcanlı qarşılaşmalarından birində gələcək çempion İspaniya ilə üz-üzə gəlmişdi. Xerardo Martinonun komandası nizam-intizam və xarakter nümayiş etdirdiyi oyunda hesabı açmağa yaxın olsa da, Oskar Kardozo 11 metrlik cərimə zərbəsindən yararlana bilməmişdi. Cəmi bir neçə dəqiqə sonra Xusto Vilyar penaltidə Xabi Alonsoya qol sevinci yaşamağa imkan verməmiş, lakin 83-cü dəqiqədə Vilya matçda yeganə qola imza atmışdı. Bu məğlubiyyət onların yürüşünə son qoysa da, Cənubi Amerika təmsilçisi ölkə tarixində ilk dəfə dörddəbir finala yüksəlməklə böyük təəssürat yaratmışdı. Onlar həm dünya ictimaiyyəti, həm də ən əsası sadiq azarkeşləri qarşısında özlərini ən yaxşı tərəfdən göstərmişdilər.
Paraqvayın dünya çempionatlarındakı ən yaxşı bombardiri "Pipino" ləqəbi ilə tanınan hücumçu Nelson Kuevas qlobal turnirdə vurduğu üç qolla Paraqvayın ən məhsuldar oyunçusudur. O, ilk dəfə DÇ-2002-də çıxış edərək Sloveniya ilə oyunda dubl edib, dörd il sonra Almaniyada DÇ-2006-da isə Trinidad və Tobaqo qapısına yol taparaq qol sayını artırıb. 2013-cü ildə butslarını mismardan asan Kuevas, kimsə tezliklə onun qol rekordunu qıracağına ümid etdiyini və bunun vətənində futbolun inkişafı üçün irəliyə doğru bir addım olacağını bildirib.
Dünya çempionatlarında ən çox oyun keçirən Paraqvay futbolçuları İki paraqvaylı hərəyə 12 oyunla bu rekordu bölüşür. "La Albirroja"nın müdafiə xəttinin dayağı Kanisa Fransada DÇ-1998-də dörd dəfə meydana çıxıb və Koreya/Yaponiyada DÇ-2002-də bu göstəricini təkrarlayıb. Almaniyada DÇ-2006-da aktivinə daha üç oyun yazdıran futbolçu, dörd il sonra Cənubi Afrikada DÇ-2010-da sonuncu dəfə bu həyəcanı yaşayıb. Roke Santa Kruz da bu nailiyyəti təkrarlayıb. Karyerasını davam etdirməsinə baxmayaraq, o, 2016-cı ildə Kanisanın rekordu ilə bərabərləşdikdən sonra milli komanda ilə vidalaşıb. Hücumçu ilk dəfə DÇ-2002-də meydana çıxaraq dörd oyunda iştirak edib. Daha sonra o, Almaniya yaşıl meydanlarında üç, 2010-cu ildə isə Cənubi Afrikada daha beş matçda forma geyinib.
Paraqvayın yaddaqalan dünya çempionatı anları Paraqvayın DÇ-2010-dakı tarixi yürüşü heç vaxt geridə qoyulmasa da, digər turnirlərdə də yaddaqalan anlar yaşanıb. Meksikada DÇ-1986 ölkə tarixində mühüm hadisə kimi yadda qalıb, çünki Paraqvay 28 illik fasilədən sonra yenidən dünya səhnəsinə qayıtmışdı. Kayetano Renin rəhbərliyi altında Cənubi Amerika təmsilçisi ev sahibləri ilə heç-heçə edərək pley-off mərhələsinə məğlubiyyətsiz adlamışdı. Səkkizdəbir final Paraqvay üçün kəşf edilməmiş ərazi idi, ancaq İngiltərə onların bu macərasına son qoymuşdu.
DÇ-1998 də azarkeşlərin qəlbində xüsusi yer tutur. Paulo Sezar Karpeccianinin məşqçiliyi və Xose Luis Çilavertin qapıdakı qəhrəmanlığından ilhamlanan "La Albirroja", İspaniya, Bolqarıstan və Nigeriya kimi çətin rəqiblərin olduğu qrup mərhələsindən yenə də itkisiz çıxmağı bacarmışdı. Səkkizdəbir finalda Paraqvay ev sahibləri və gələcək çempionlarla üz-üzə gəlmişdi. Cənubi amerikalılar 90 dəqiqədən çox möhkəm müdafiə olunub qapılarını toxunulmaz saxlasalar da, 114-cü dəqiqədə fransız Loran Blan FIFA turnirləri tarixində ilk qızıl qolu vuraraq adını tarixə yazdırmışdı.
Paraqvayın dünya çempionatlarında ən böyük qələbələri Paraqvayın indiyədək dünya çempionatlarında qazandığı yeddi qələbədən ikisi yaxın tarixdəki ən böyükhesablı zəfərlər kimi seçilir. Birincisi, DÇ-2002-də Sloveniyaya qarşı qəhrəmancasına sərgilənən oyun idi. Karlos Paredesin qırmızı vərəqə almasından sonra cənubi amerikalılar fasiləyə həm azlıqda, həm də geridə yollanmışdılar. Buna baxmayaraq, ikinci hissədə onlar heyrətamiz dönüş edərək, Kuevasın dublu və Xorxe Kamposun yaxın məsafədən vurduğu qol sayəsində 3:1 hesablı qələbə qazandılar. Bu, onları növbəti mərhələyə daşımaq üçün yetərli olmuşdu.
İki top fərqli digər qələbə isə DÇ-2010-da Slovakiyaya qarşı qeydə alınmışdı. Enrike Vera və Kristian Riverosun qolları Paraqvaya turnirdəki ilk qələbəsini qazandırmışdı. Həmin matçda onlar həm hücum keyfiyyətini, həm də müdafiə etibarlılığını nümayiş etdirmişdilər: məhz bu xüsusiyyətlər onları tarixlərində heç vaxt getmədikləri qədər irəliyə aparacaqdı.
Paraqvay millisi Şimali Amerikaya hər zamankı sərt və döyüşkən ruhu ilə gəlir. Qustavo Qomezin liderlik etdiyi müdafiə və Almironun sürəti "La Albirroja"nı pley-offa daşıya biləcəkmi?

Mənbə
oxu.az