Cəmiyyət

Azərbaycanda bir ilk: Bu yolu saatda 130-la getmək olar

06 May 2026, 21:00 1 baxış
Azərbaycanda bir ilk: Bu yolu saatda 130-la getmək olar

Aprelin 28-dən etibarən M1 Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunun 53-cü km-dən 185-ci km-nə qədər olan hissəsində maksimal hərəkət sürətinin 130 km/saat olduğunu bildirən yol nişanlarının quraşdırılması başa çatıb.


Axar.az xəbər verir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.


"Respublika ərazisindəki ödənişli avtomobil yollarında nəqliyyat vasitələrinin maksimal hərəkət sürəti 110 km/saatdan 130 km/saata qaldırılıb", - deyə məlumatda qeyd olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər