Cəmiyyət

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

06 May 2026, 20:20 1 baxış
Qazaxıstanın baş naziri Azərbaycana gəlir

Qazaxıstanın Baş naziri Oljas Bektenov mayın 17-22-də Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə ölkəmizə səfər edəcək.


Axar.az xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Teleqraf-a açıqlamasında məlumat verib.


Diplomatın sözlərinə görə, ölkəsi sözügedən tədbirdə geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunacaq:


"Qazaxıstan tərəfindən yüksək səviyyəli iştirak təmin olunacaq. Tədbirdə ölkəmizi Baş nazir Oljas Bektenovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək".

Mənbə axar.az

Oxşar Xəbərlər