Cəmiyyət
Gəncədə uşaq bağçasında tərbiyəçi azyaşlıları təhqir etdi: Qurumdan rəsmi reaksiya - VİDEO
Gəncədə uşaqların təhqir olunduğu kadrların qeydə alındığı məktəbəqədər təhsil müəssisəsi özəl bağçadır. Bu barədə Oxu.Az-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib. Qurumdan bildirilib ki, sözügedən görüntülərin çəkildiyi müəssisə özəl fəaliyyət göstərir və idarənin tabeliyində deyil. Gəncədə uşaq bağçasında azyaşlılar təhqir olunub. Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdən məlum olur ki, azyaşlılara "təlim" keçən tərbiyəçi onlara əsəbiləşib və "tormoz", "monqol" kimi təhqiramiz ifadələr səsləndirib. Lakin videonun hansı bağçada çəkildiyi məlum deyil.
Görüntülərdən məlum olur ki, azyaşlılara "təlim" keçən tərbiyəçi onlara əsəbiləşib və "tormoz", "monqol" kimi təhqiramiz ifadələr səsləndirib. Lakin videonun hansı bağçada çəkildiyi məlum deyil.
Mənbə
oxu.az