Maraqlı

Azərbaycanda qastroturizmin inkişafına töhfə: 10 ölkənin qatıldığı kulinariya çempionatı - FOTOREPORTAJ

06 May 2026, 16:48 1 baxış
Azərbaycanda qastroturizmin inkişafına töhfə: 10 ölkənin qatıldığı kulinariya çempionatı - FOTOREPORTAJ
Bakıda 31-ci Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") çərçivəsində "Qızıl Şah" Milli Kulinariya Çempionatına start verilib. Oxu.Az PhotoStock.Az-a istinadla xəbər verir ki, 4 gün davam edəcək yarış Dövlət Turizm Agentliyinin və Milli Kulinariya Mərkəzinin dəstəyi, Ümumdünya Usta Aşpazlar Cəmiyyətləri Assosiasiyasının ("Wordlchefs") tərəfdaşlığı ilə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (ACSA) tərəfindən təşkil olunub.
5-8 may tarixlərini əhatə edən çempionatın keçirilməsində əsas məqsəd qastronomiyanın inkişafına töhfə vermək, o cümlədən qastroturizm potensialının genişləndirilməsini, qaliblərin beynəlxalq yarışlarda iştirakını, kulinariya üzrə beynəlxalq aşpazların təcrübəsinin mənimsənilməsi ilə bacarıqlarının inkişafını, eləcə də milli mətbəx nümunələrimizin hazırlanma metodologiyasının dünya aşpazları tərəfindən öyrənilməsini, bütövlükdə ölkəmizin qastroturizm destinasiyası kimi tanınmasını təmin etməkdir.
Yarışlara Türkiyə, Qazaxıstan, Özbəkistan, Pakistan, Serbiya, Rusiya, Belarus, Xorvatiya, Rumıniya və Ukraynadan komandalar qatılıblar. VI "Qızıl Şah" Milli Kulinariya Çempionatının münsiflər heyəti ABŞ, Böyük Britaniya, İsveç, İtaliya, Almaniya və digər ölkələrdən olan və "Worldchefs" tərəfindən lisenziyalaşdırılmış beynəlxalq hakim-aşpazlardan ibarətdir. Bakı Ekspo Mərkəzində keçirilən VI "Qızıl Şah" Milli Kulinariya Çempionatından fotoreportajı təqdim edirik:
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
Azərbaycanda qastroturizmin inkişafına töhfə: 10 ölkənin qatıldığı kulinariya çempionatı - FOTOREPORTAJ Azərbaycanda qastroturizmin inkişafına töhfə: 10 ölkənin qatıldığı kulinariya çempionatı - FOTOREPORTAJ
Mənbə oxu.az

Oxşar Xəbərlər