Dünya

Kim Çen In vəzifəsində qalacaq

06 May 2026, 14:34 1 baxış
Kim Çen In vəzifəsində qalacaq
Şimali Koreyanın əsas qanununa edilən yeni düzəlişlərə əsasən, Kim Çen In nüvə silahından istifadə hüququna sahib olan ölkə rəhbəri statusunda yenidən öz postunda qalacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi rəsmi sənədlərə istinadən məlumat paylaşıb. Bildirilir ki, KXDR Konstitusiyasının yenilənmiş versiyası Dövlət İşləri sədri kimi Kim Çen Ina nüvə arsenalını işə salmaq səlahiyyəti verir. Həmin sənəddə xüsusi olaraq qeyd edilir ki, "müharibə risklərini önləmək" məqsədilə ölkənin nüvə proqramı davamlı şəkildə təkmilləşdiriləcək. Martın 24-də 15-ci çağırış Ali Xalq Məclisinin (SPA) birinci iclasında danışan Kim Çen In qlobal miqyasda müstəqil dövlətlərin hüquqlarının "kobudcasına tapdalandığını" bildirərək, nüvə silahından imtina etməmək qərarının tam qanunauyğun olduğunu diqqətə çatdırıb. Dövlət başçısı vurğulayıb ki, hazırkı dövrdə ölkənin təhlükəsizliyi çağırışlar və bəyanatlar vasitəsilə deyil, yalnız qüvvə tətbiqi ilə təmin edilir, sülh isə güc hesabına qorunur. Bundan əlavə, Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatında bildirilir ki, Şimali Koreya öz əsas qanununun başlığından "sosialist" kəlməsini çıxarmaq barədə qərar verib və sənədin mətninə bir neçə fərqli düzəlişlər daxil edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər