Dünya

BƏƏ səmasında gərgin anlar: Raketlər zərərsizləşdirilir

05 May 2026, 19:16 1 baxış
BƏƏ səmasında gərgin anlar: Raketlər zərərsizləşdirilir
Birləşmiş Ərəb Əmirliklərinin hava hücumundan müdafiə qüvvələri İrandan buraxıldığı bildirilən raket və pilotsuz uçuş aparatlarının hücumlarını dəf edir. Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda BƏƏ-nin hava hücumundan müdafiə sistemləri raket və dron zərbələrinin qarşısını alır. Nazirlik həmçinin qeyd edib ki, ölkənin müxtəlif bölgələrində eşidilən səslər hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti ilə bağlıdır. Birləşmiş Ərəb Əmirliyinin rəsmi orqanları eyni zamanda sakinlərə sığınacaqlarda və ya təhlükəsiz qapalı məkanlarda qalmaları, rəsmi yenilikləri izləmələri ilə bağlı ciddi xəbərdarlıq edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər