Siyasət

Qırğızıstan Bakıda səfirlik binası tikmək istəyir: Hökumətə müraciət olundu

05 May 2026, 19:42 1 baxış
Qırğızıstan Bakıda səfirlik binası tikmək istəyir: Hökumətə müraciət olundu
Qırğızıstan Bakıda səfirlik binasının inşası üçün torpaq sahəsinin ayrılması xahişi ilə Azərbaycan hökumətinə müraciət edib. xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov bildirib.
"Biz Bakıda səfirliyin inşası üçün torpaq sahəsinin ayrılması xahişi ilə Azərbaycan hökumətinə müraciət etmişik. Müvafiq bina və qurğuların inşası iki dövlət arasında əməkdaşlığın genişləndirilməsində və dərinləşdirilməsində nə dərəcədə maraqlı olduğumuzu sübut edir. Ümid edirik ki, məsələ müsbət həllini tapacaq", - deyə səfir qeyd edib.
Mənbə oxu.az