Cəmiyyət

Rusiyada Şıxlinski və Səfərovların işini aparan müstəntiqin MÜƏMMALI İSTEFASI - VİDEO

05 May 2026, 16:28 1 baxış
Rusiyada Şıxlinski və Səfərovların işini aparan müstəntiqin MÜƏMMALI İSTEFASI - VİDEO
Rusiyanın İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə keçmiş cinayətlərin araşdırılması üzrə müvafiq şöbəsinin keçmiş rəisi Yaroslav Kuzvesov müəmmalı şəkildə istefa verib. Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, ötən ilin yayında Kuzvesovun rəhbərlik etdiyi müstəntiqlər qrupu Yekaterinburqda azərbaycanlıların qətlləri və sui-qəsd cəhdləri ilə bağlı cinayət işini açıblar. Keçmiş diaspor lideri Şahin Şıxlinski və Səfərov qardaşlarına qarşı ittiham irəli sürülüb. Məhkəmə onları təqsirli bilib və həbsxanaya göndərib. Rusiyalı zabit aprel ayında vəzifəsi aşağı salınaraq, Orconikidzevski rayonu üzrə istintaq şöbəsinə göndərilmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər