Dünya
Paşinyanla birlikdə mahnı oxuduğuna görə Makron Fransada tənqid edildi - VİDEO
Fransalı siyasətçi, Vətənpərvərlər Partiyasının lideri Florian Filippo ölkənin Prezidenti Emmanuel Makronu Ermənistanın baş naziri Nikol Paşinyanla birlikdə ictimaiyyət qarşısında mahnı oxuduğuna görə tənqid edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə o özünün "X" hesabında yazıb. Siyasətçinin fikrincə, dövlət başçısı vətəndaşların daxili problemlərinin həllinə diqqətini cəmləməlidir. "Qaçışçı Makron və küçə itlərini sığallayan (İrəvanda qaçış zamanı - red.) Makrondan sonra, bu gün Makron çox ilhamlanmış müğənnidir", - deyə o qeyd edib. Eyni zamanda, siyasətçi vurğulayıb ki, onmilyonlarla fransız hökumətdən konkret tədbirlər, xüsusən də benzin qiymətləri ilə bağlı tədbirlər gözləyir. Xatırladaq ki, mayın 4-də İrəvanda keçirilən dövlət şam yeməyi zamanı Makron gözlənilmədən mahnı oxumağa başlayıb, Paşinyan isə onu zərb alətlərində müşayiət edib. Onlar məşhur fransız müğənnisi Şarl Aznavurun mahnısını ifa ediblər.
Mənbə
oxu.az