Cəmiyyət

Şəkidə WUF13 Festivalı başlayıb - Hansı tədbirlər olacaq? - FOTO

05 May 2026, 13:07 1 baxış
Şəkidə WUF13 Festivalı başlayıb - Hansı tədbirlər olacaq? - FOTO
Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədi ilə mayın 5-də Şəki şəhərində festivala start verilib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, WUF13 Festivalı çərçivəsində günün birinci yarısında Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Şəki filialında müəllim və tələbə heyətinin iştirakı ilə məlumatlandırma sessiyası təşkil edilib. Universitetin müəllim və tələbə heyətinin iştirakı ilə baş tutan sessiyada WUF13-ün Azərbaycan üçün əhəmiyyəti və bu çərçivəsində müzakirə olunacaq əsas mövzular diqqətə çatdırılıb. Bildirilib ki, mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası hər kəs üçün açıqdır. Tədbirdə ADPU-nun Şəki filialının direktoru Vurğun Məmmədov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi nümayəndəsi Ramiz İdrisoğlu və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə Forum barədə ətraflı məlumat veriblər. Çıxışlarda WUF13 Festivalı haqqında geniş təqdimat olunub, həmçinin Forumun Azərbaycan üçün əhəmiyyəti və onun çərçivəsində gənclərin marağına səbəb olan əsas tədbirlər vurğulanıb. Bildirilib ki, Azərbaycanda WUF13 kimi iri beynəlxalq tədbirlərin keçirilməsi dünyagörüşlü və intellektual gənclərin yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, WUF13 Festivalı iki hissədən ibarətdir. Saat 18:00-da festival açıq havada ictimai proqramlarla davam edəcək. Axşam proqramları çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər