Dünya

Britaniyanın kiçik biznes sahibləri Aİ ölkələrinin bazarlarını tərk edirlər

05 May 2026, 13:48 1 baxış
Britaniyanın kiçik biznes sahibləri Aİ ölkələrinin bazarlarını tərk edirlər
Böyük Britaniyanın kiçik biznes subyektləri bürokratiya, yüksək xərclər və mürəkkəb qaydalar səbəbindən Avropa İttifaqı (Aİ) bazarlarından çəkilirlər. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Qeyd olunur ki, tələblərin sərtləşməsi Britaniyanın Aİ-dən çıxmasının nəticələridir. Ölkənin Kiçik Biznes Federasiyasının apardığı araşdırmaya görə, Aİ ilə işləyən şirkətlərin 85%-i problemlərlə üzləşir, hər 10-dan 6-sı ciddi maneələrlə qarşılaşır. Sorğuda iştirak edən ixracatçıların üçdəbiri vəziyyət dəyişməsə, Avropa ilə ticarəti azalda və ya dayandıra bilər. "Aİ coğrafiyası kiçik şirkətlərimiz üçün təbii bazar olmalıdır, çünki ittifaq çox yaxın və əlçatandır. Təəssüf ki, hazırda bir çoxları bunun üçün ümumiyyətlə səy göstərməyə dəyib-dəyməyəcəyini soruşurlar", - deyə federasiya rəsmilərindən biri bildirib. Qeyd olunur ki, əsas problemlər gömrük prosedurları, malların yoxlanılması, markalanma və əlavə dəyər vergisi ilə bağlıdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər