Cəmiyyət

Keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi - Foto

05 May 2026, 13:05 1 baxış
Keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi - Foto

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində yeni təyinat olub.


Axar.az Unikal-a istinadla xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.


Əmrə əsasən, Sahib Azər oğlu Gülməmmədov TƏBİB Katibliyinin rəhbəri təyin edilib.


S.Gülməmmədov bu vəzifəyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin köməkçisi idi.


Qeyd edək ki, Sahib Gülməmmədov 2023-cü ildə Anar Bayramov Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədri olduğu zaman köməkçi təyin edilmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər