Dünya

Qazaxıstanda zavodda güclü partlayış: Ölənlər və yaralananlar var - FOTO - VİDEO

05 May 2026, 12:40 1 baxış
Qazaxıstanda zavodda güclü partlayış: Ölənlər və yaralananlar var - FOTO - VİDEO
Qazaxıstanda zavodda güclü partlayış olub. Hadisə nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb. Oxu.Az-ın xəbərinə görə, hadisə mayın 5-də səhər saatlarında Ust-Kamenoqorsk şəhərindəki "Kaztsink" metallurgiya zavodunun ərazisində baş verib. Bu barədə şirkət özünün "İnstagram" səhifəsində məlumat yayıb.
"İlkin məlumata görə, tüstüsoran cihazının təmizlənməsi işləri zamanı partlayış, ardınca yanğın baş verib və konstruksiya qismən uçub. Zərərçəkənlərə bütün lazımi tibbi yardım göstərilir", - deyə "Kaztsink"dən bildirib. Şirkət əlavə edib ki, təcili yardım xidmətləri hadisə yerində çalışır və nəticələrin aradan qaldırılması işləri aparılır. Hərtərəfli və obyektiv araşdırma aparılması üçün xüsusi komissiya yaradılıb. Hadisənin səbəbləri və şəraiti araşdırmadan sonra müəyyən ediləcək.
Qazaxıstanda zavodda güclü partlayış: Ölənlər və yaralananlar var - FOTO - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər