Cəmiyyət
WUF13 üçün ictimai nəqliyyatda hansı yeniliklər tətbiq ediləcək? - VİDEO
"WUF13 tədbirində 113 km olan avtobus zolağından tədbir avtobusları istifadə edə biləcəklər". Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) tarixlərində nəqliyyatın idarə olunması planına dair brifinqdə çıxışı zamanı deyib. O bildirib ki, avtobuslarda xarici emissiyalı bank kartlarından istifadə etmək mümkün olacaq: "41.5 km uzunluğunda hərəkət zolağının da təşkilinə başlanılıb. Zolaqlar hərəkət nişanları qoyulduqdan sonra qüvvəyə minəcək. Hələ ki, digər nəqliyyat vasitələrinin zolaqdan istifadə etməsində bir problem yoxdur. Həmçinin mövcud nişanlanma xətləri təşkil edilib. Dayanacaq pavilyonları yoxlanılıb, hazır vəziyyətə gətirilir".
O əlavə edib ki, nəqliyyat axının təmin edilməsi məqsədilə tədbir müddətində yollarda marşrutların hərəkət istiqaməti dəyişdiriləcək: "Bu xüsusilə metronun "Koroğlu" stansiyasına aid olacaq. Hava limanı taksi əməliyyatlarına cəlb olunacaq. Patrul sistemi təmin olunacaq, skuter parkı tənzimlənəcək".

Mənbə
oxu.az