Dünya
Ələ keçirilən İran tankerlərindəki neftin taleyi necə olub?
ABŞ Hind okeanında ələ keçirilən İran tankerlərindən əldə edilmiş neftin böyük hissəsini özünə götürüb. Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Salem News Channel" telekanalına müsahibəsində deyib. "Bunun böyük hissəsi ABŞ-yə daxil olur", - deyə o bildirib. Mayın 1-də Florida ştatının Uest-Palm-Biç şəhərində yerli "Forum" klubunun üzvləri ilə danışan Tramp etiraf etmişdi ki, ABŞ hərbçiləri İran neftini daşıyan tankerləri ələ keçirərkən özlərini piratlar kimi aparıblar.
Mənbə
oxu.az